10 ayın sosial göstəriciləri
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin yanvar-oktyabr aylarında proqnozla müqayisədə 5 faiz və ya 310 milyon manat çox olmaqla 7 milyard 130 milyon manat təşkil edib.
Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları proqnoza nisbətən 6 faiz və ya 311 milyon manat artaraq 5 milyard 687 milyon manat olub.
Cari ilin 10 ayında DSMF-nin xərcləri isə 6 milyard 872 milyon manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz və ya 609 milyon manat çoxdur.