10 ayın sosial göstəriciləri
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən 2026-cı ilin 10 ayı ərzində əlilliyi olan şəxslərə 693 min reabilitasiya vasitəsi verilib.
Onlardan 4821 təkərli oturacaq (o cümlədən 138 mühərrikli təkərli oturacaq), 1683 aşağı və yuxarı ətraf protezi, 2549 eşitmə aparatı, 3143 əsa və qoltuqaltı/dirsəkaltı ağac olub.
Həmçinin əlilliyi olan şəxslərə 7719 cüt protez və ortopedik ayaqqabı, 257 korset və s. reabilitasiya vasitələri təqdim olunub.
Bu ilin yanvar-oktyabr aylarında ümumilikdə 12 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin edilib.