9 ayın sosial göstəriciləri
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin reabilitasiya müəssisələrində bu ilin yanvar-sentyabr aylarında 37613 uşağa xidmətlər göstərilib.
Onlardan əlilliyi olan 1746 uşaq stasionar, 22457 uşaq ambulator, digərləri icma əsaslı, onlayn, səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.
Bu kateqoriyaya aid uşaqlar Agentliyin Bakıda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində, Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.