“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuraya seçkilərin təşkili məqsədi ilə yaradılmış Seçki Komissiyası tərəfindən verilən elana (2025-ci il, 26 fevral - 4 aprel) əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın üzvlüyünə namizədlərin qeydiyyatı aparılmışdır.
İctimai Şura üzvlüyünə 12 nəfərin namizədliyi qeydə alınıb. Seçki Komissiyası tərəfindən İctimai Şura üzvlərinin say həddi 9 nəfər müəyyən edilib.
Seçki Komissiyasının qərarına əsasən İctimai şura üzvlüyünə seçkilər 18 aprel 2025-ci il tarixində saat 10:00-dən 13:00-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (I mərtəbə, iclas zalı) vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncağı zamanı keçiriləcəkdir.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuraya namizədliyi qeydə alınanların
Siyahısı
|
S/n |
Adı |
Təmsil olunduğu vətəndaş cəmiyyəti |
|
1. |
Əzimzadə Aslan Cavid oğlu |
“Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi” İctimai Birliyinin üzvü |
|
2. |
Qasımov Rey Kərim oğlu |
"Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası" İctimai Birliyinin sədri |
|
3. |
Quliyev Cəmaləddin Əlibala oğlu |
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədrinin müşaviri |
|
4. |
Mahmudova Ramilə Rasim qızı |
"İnklüziv Cəmiyyət Naminə" Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyinin sədri |
|
5. |
Məmmədov Elşad Yaqub oğlu |
“Ümman” Əlilliyi olan Uşaqlara Qayğı İctimai Birliyinin sədr müavini |
|
6. |
Məmmədov Xəqani Mehdi oğlu |
"Azərbaycan Əlil Velosipedçilərə Dəstək" İctimai Birliyinin baş katibi |
|
7. |
Məmmədov Sahib Məlik oğlu |
“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri |
|
8. |
Məmmədzadə Bəhruz Qasım oğlu |
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları” İctimai Birliyinin sədri |
|
9. |
Nuriyeva Zülfiyyə Səfər qızı |
“Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri |
|
10. |
Rizazadə İradə Bağır qızı |
“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri |
|
11. |
Verdiyeva Səbinə İbrahim qızı |
"Ailə və Ətraf Mühit" İctimai Birliyinin sədri |
|
12. |
Zəkiyev İlham Əzizağa oğlu |
“Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi”nin vitse-prezidenti |