2.1. Komissiyanın təşkil edilməsinin əsas prinsipləri aşağıdakılardır:
2.1.1. Komissiyanın fəaliyyətində Tərəflərin könüllü iştirakı;
2.1.2. Tərəflərin hüquq bərabərliyi;
2.1.3. nümayəndə heyətlərinin müəyyən edilməsində Tərəflərin müstəqilliyi;
2.2. Komissiya hər bir tərəfdən 5 nəfər olmaqla, gender bərabərliyi şəraitində Tərəflərin müvafiq səlahiyyətlər verilmiş nümayəndələrindən təşkil olunur və ictimai əsaslarla daimi fəaliyyət göstərir. Komissiyanın sədri say tərkibində nəzərə alınmır.
2.3. Komissiyanın tərkibinə nümayəndələrin daxil edilməsi və onların əvəz edilməsi müvafiq tərəfin təklifi əsasında həyata keçirilir.
2.4. Komissiyanın tərkibi Tərəflərin birgə qərarı ilə təsdiqlənir.
2.5. Mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan qaydada həll olunur.