Texniki Komitənin fəaliyyət istiqamətləri genişləndi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrlik etdiyi Texniki Komitənin fəaliyyət istiqamətləri genişləndirilib.

Komitə bundan sonra yalnız əməyin mühafizəsi sahəsində standartlaşdırma işlərini aparmayacaq, ümumən əmək bazarının tənzimlənməsi məsələlərinin həlli, əmək standartlarının təkmilləşdirilməsi, işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi, əmək hüquqlarının təminatı və s. sahələrdə də fəaliyyət göstərəcək.

Bu səbəbdən Komitənin adı da dəyişdirilib və bundan sonra Əməyin təhlükəsizliyinin standartlaşdırılması üzrə Texniki Komitə deyil, Əmək sahəsində Texniki Komitə adlanacaq. 

Xatırladaq ki, ötən il yaradılan Komitə tərəfindən əməyin mühafizəsi üzrə beynəlxalq standart olan İSO 45001 əsasında 196 milli standartın hazırlanmasına başlanıb, artıq ilk standart yaradılaraq təsdiqlənib.