Ötən dövrdə 1 milyona yaxın vətəndaşın faydalandığı “DOST” xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi üçün yeni “DOST” mərkəzlərinin açılması nəzərdə tutulur.
Eyni zamanda, “DOST” xidmətlərinə əlçatanlığın artırılması üçün yeni hədəflərə doğru işlər aparılır. Bu hədəflərdən biri “Virtual DOST” elektron xidmətlər platformasının yaradılmasıdır. Həmin e-platformanın bu ilin 3-cü rübündə test rejimində istifadəyə verilməsi planlaşdırılıb.
Hədəflər sırasına “DOST” mərkəzlərində eşitmə və nitq qabiliyyəti məhdud şəxslər üçün surdo-tərcümə xidmətinin təşkili, sosial xidmət göstərilməsinin təkmilləşdirilməsi və s. daxildir.