Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişi və dəstəyi ilə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən şəhid uşaqları üçün təşkil edilən növbəti yay istirahət düşərgəsi davam edir.
Düşərgənin növbəti günündə şəhid övladları üçün Quba rayonunun Qəçreş qəsəbəsinə ekskursiya təşkil edilib. Burada iştirakçılara təbiət qoynunda maraqlı, əyləncəli istirahət keçirmək imkanı yaradılıb.
Sonra peşəkar psixoloqun iştirakı ilə uşaqlar üçün “Həyat dəyərləri” adlı treyninq, valideyinlər üçün “Böhran vəziyyətində ilkin psixoloji yardım” adlı təlimlər təşkil olunub.
Uşaqlar hovuzda su idman növləri ilə məşğul olmaqla bərabər müxtəlif əyləncəli oyunlarda iştirak ediblər.
Yay düşərgəsi yaddaqalan anlarla davam edir.
Xatırladaq ki, layihə ölkəmizin müxtəlif bölgələri üzrə 100-dək şəhid uşağını (valideynləri ilə birgə 140 nəfəri) əhatə edir.