Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev avqustun 11-də Gədəbəy rayonunda həmin rayonun və Daşkəsən rayonunun sakinlərini qəbul edib.
Müraciət edənlər sırasında şəhid ailəsi, Milli Qəhrəman İlham Müzəffər oğlu Əliyevin ailə üzvü, qazilər də olub.
Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.