Nazirliyin Aparat rəhbərinin Neftçala rayonunda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Fuad Musayevin Neftçala rayonunda sentyabrın 27-də keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı sentyabrın 28-nə dəyişdirilib.

Vətəndaşlar 23 sentyabr tarixinə kimi nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.