Bu Qayda “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən hazırlanmışdır və əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə Bakı şəhəri üzrə eyni inzibati ərazi vahidində, digər şəhər və rayonlar üzrə eyni inzibati ərazi dairəsində yaşamayanvə sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlilliyi olan şəxslərə, xəstəliyin terminal (son) mərhələsində olan şəxslərə evdə (səyyar) sosial xidmətin göstərilməsi məsələlərini tənzimləyir.
Evdə (səyyar) sosial xidmət həmin xidmətin xarakterindən asılı olaraq, sosial işçi və sosial xidmətçi tərəfindən göstərilir.
Sosial işçi tərəfindən göstərilən xidmətlərə aşağıdakılar daxildir:
1. sosial xidmətə ehtiyacı olan şəxsə tibbi və psixoloji yardım və hüquqi məsləhət almaqda köməklik göstərmək;
2. qəyyumluq və himayəçilik sənədlərinin hazırlanmasına, tənha-ahıl vətəndaşların və əlilliyi olan şəxslərin internat evinə, əlilliyi olan uşaqlara müvafiq xüsusi təhsil müəssisələrinə göndərilməsi üçün lazımi sənədlərin toplanmasına köməklik göstərmək;
3. əlilliyi olan şəxslərə reabilitasiya xidməti göstərmək;
4. əlilliyi olan uşaqların gündəlik həyatda lazım olan vərdiş və bacarıqlarını, böyük və kiçik motorika, ünsiyyət və koqnitiv bacarıqlarını inkişaf etdirmək;
5. əlilliyi olan uşaqların sosial uyğunlaşmasına dəstək vermək;
6. əlilliyi olan uşaqların inkişafı üçün valideynlərə müvafiq məsləhətlər vermək, o cümlədən zəruri yardımçı cihaz və vasitələrdən istifadəni öyrətmək;
7. ailənin sosial inkluziyasına köməklik göstərmək;
8. əlilliyi olan uşaqların ehtiyaclarının ödənilməsi və problemlərinin həlli məqsədi ilə müvəkkillik fəaliyyətini həyata keçirmək.
9. sosial xidmətə ehtiyacı olan şəxsin asudə vaxtının səmərəli təşkilini təmin etmək
Sosial xidmətçi tərəfindən göstərilən xidmətlərə aşağıdakılar daxildir:
1. yemək hazırlanmasına kömək etmək (o cümlədən diyetik yeməklər);
2. özünə qulluq edə bilməyən xəstələri yedizdirmək və qabları yumaq;
3. şəxsin çimizdirilməsinə, saçlarının daranmasına yardım etmək;
4. yataq dəstlərini dəyişdirmək, yataq və geyim əşyalarını yumaq və ütüləmək;
5. yataq və geyim əşyalarını camaşırxanaya, kimyəvi təmizləmə məntəqəsinə (əgər camaşırxana və kimyəvi təmizləmə məntəqəsi varsa) aparıb-gətirmək;
6. paltarların xırda təmirini etmək;
7. mənzili yığışdırmaq və təmizləmək;
8. zəruri ərzaq, sənaye və məişət mallarını almaq;
9. mənzil pulunun və digər kommunal xərclərin ödənilməsini təşkil etmək;
10. istiliyə, yanacağa, təmirə olan ehtiyacların ödənilməsi məqsədi ilə aidiyyəti təşkilatlarla əlaqə saxlamaq;
11. həyətyanı sahəni nizama salmaq;
12. evə həkim çağırmaq, həkimin təyinatı ilə aptekdən dərman almaq, həkim müayinəsinə aparıb-gətirmək;
13. sosial xidmətə götürülmüş vətəndaş vəfat etdikdə, dəfni ilə bağlı məsələlərin həllinə köməklik göstərmək.
“Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi”nin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 600 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi” təsdiq edilsin (əlavə olunur).
2. Müəyyən edilsin ki, çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi hər il dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 22 aprel 2014-cü il
№ 108
|
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 aprel tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmişdir |
Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi
|
Sıra №-si |
Xidmətlər |
Xidmətin sayı (aylıq) |
Xidmətin müddəti (hər dəfə) |
||
|
1 |
2 |
3 |
4 |
||
|
1. Evdə (səyyar) sosial xidmət |
|||||
|
1.1. Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslər (ailələr), xəstəliyin terminal (son) mərhələsində olan şəxslər üçün |
|||||
|
1.1.1. Sosial-məişət xidmətləri |
|||||
|
1.1.1.1. |
yemək hazırlanmasına kömək etmək (o cümlədən, diyetik yeməklər), özünə qulluq edə bilməyən xəstələrin yedizdirilməsi və qabların yuyulması |
8 dəfə |
1 saat 20 dəq. |
||
|
1.1.1.2. |
zəruri ərzaq, sənaye və məişət mallarının alınması |
4 dəfə |
30 dəq. |
||
|
1.1.1.3. |
mənzillərin yığışdırılması və təmizlənməsi |
4 dəfə |
1 saat |
||
|
1.1.1.4. |
yataq və geyim əşyalarının yuyulması, ütülənməsi |
4 dəfə |
1 saat 30 dəq. |
||
|
1.1.1.5. |
mənzil pulunun və digər kommunal xərclərin ödənilməsinin təşkil edilməsi |
1 dəfə |
30 dəq. |
||
|
1.1.1.6. |
istiliyə, yanacağa, təmirə olan ehtiyacların ödənilməsi məqsədi ilə aidiyyəti təşkilatlarla əlaqə saxlanılması |
xidmət müddətində |
|
||
|
1.1.1.7. |
evə həkimin çağırılması |
xidmət müddətində |
|
||
|
1.1.1.8. |
həkimin təyinatı ilə aptekdən dərman alınması |
xidmət müddətində |
|
||
|
1.1.1.9. |
sosial xidmətə götürülmüş vətəndaş vəfat etdikdə, onun dəfni ilə bağlı məsələlərin həllinə köməklik göstərilməsi |
xidmət müddətində
|
|
||
|
1.1.2. Sosial-hüquqi xidmətlər |
|||||
|
1.1.2.1. |
qəyyumluq və himayəçilik sənədlərinin hazırlanmasına, tənha ahıl vətəndaşların və əlilliyi olan şəxslərin sosial xidmət müəssisələrinə göndərilməsi üçün lazımi sənədlərin toplanılmasına köməklik göstərilməsi[1] |
xidmət müddətində |
|
||
|
1.1.3. Sosial-mədəni xidmətlər[2] |
|||||
|
1.1.3.1. |
asudə vaxtın səmərəli təşkilinin təmin edilməsi |
xidmət müddətində |
|
||
|
1.2. Əlilliyi olan uşaqlar üçün[3] |
|||||
|
1.2.1. Sosial-pedaqoji xidmətlər və sosial-psixoloji xidmətlər |
|||||
|
1.2.1.1. |
uşaqların gündəlik həyatda lazım olan vərdiş və bacarıqlarının, böyük və kiçik motorika, ünsiyyət və koqnitiv bacarıqlarının inkişaf etdirilməsi |
Fərdi Reabilitasiya Proqramına əsasən[4] |
|
||
|
1.2.1.2. |
uşaqların və ailələrin sosial inkluziyasına köməklik göstərilməsi |
Fərdi Reabilitasiya Proqramına əsasən |
|
||
|
1.2.1.3. |
uşağın inkişafı üçün valideynlərə müvafiq məsləhətlərin verilməsi, o cümlədən zəruri yardımçı cihaz və vasitələrdən istifadənin öyrədilməsi |
Fərdi Reabilitasiya Proqramına əsasən |
|
||
|
2. Yarımstasionar (günərzi) sosial xidmət |
|||||
|
2.1. Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslər (ailələr) üçün |
|||||
|
2.1.1. Sosial-psixoloji xidmətlər |
|||||
|
2.1.1.1. |
psixoloji müayinə və şəxsiyyətin öyrənilməsi[5] |
Fərdi Reabilitasiya Proqramına əsasən |
|
||
|
2.1.1.2. |
sosial-psixoloji məsləhətlərin verilməsi |
Fərdi Reabilitasiya Proqramına əsasən |
|
||
|
2.1.2. Sosial-mədəni xidmətlər[6] |
|||||
|
2.1.2.1. |
xidmətə götürülmüş şəxslərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi, onların maraqlarına uyğun olaraq təşkil olunan tədbirlərə cəlb olunması və digər mədəni-kütləvi tədbirlərdə iştirakının təmin edilməsi |
xidmət müddətində |
|
||
|
2.1.3. Tibbi-sosial xidmətlər |
|||||
|
2.1.3.1. |
şəxsi gigiyena və sanitariya qaydalarına əməl edilməsi şərtlərinin təmin edilməsi |
xidmət müddətində |
|
||
|
2.2. Əlilliyi olan uşaqlar üçün |
|||||
|
2.2.1. Sosial-pedaqoji və sosial-psixoloji xidmətlər |
|||||
|
2.2.1.1. |
inkişaf pozuntuları olan uşaqların psixoloji-tibbi- pedaqoji müayinəsi, uşaqlara hərtərəfli qabaqlayıcı-inkişafedici yardımın göstərilməsi və onların valideynlərinə (qanuni nümayəndələrinə) psixoloji-pedaqoji dəstəyin verilməsi |
Fərdi Reabilitasiya Proqramına əsasən |
|
||
|
2.2.1.2. |
uşaqlara qrup və fərdi məşğələlər, məsləhətlər (konsultasiya) formasında reabilitasiya xidmətlərinin göstərilməsi |
Fərdi Reabilitasiya Proqramına əsasən |
|
||
|
2.2.1.3. |
funksional bacarıqları bərpa etmək üçün aktiv terapiya, fizioterapiya, nitq və ünsiyyət terapiyası, gündəlik həyat fəaliyyətləri, idman terapiyası və digər tədbirlərin görülməsi |
Fərdi Reabilitasiya Proqramına əsasən |
|
||
|
2.2.2. Sosial-mədəni xidmətlər[7] |
|||||
|
2.2.2.1. |
uşağın asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi, onun potensialına və maraqlarına uyğun olaraq təşkil olunan tədbirlərə cəlb olunması və digər mədəni-kütləvi tədbirlərdə iştirakının təmin edilməsi |
xidmət müddətində |
|
||
|
2.3. Baxımsız və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayan uşaqlar üçün |
|||||
|
2.3.1. Sosial-psixoloji xidmətlər |
|||||
|
2.3.1.1. |
uşağın psixososial vəziyyətinin ilkin qiymətləndirilməsi |
Fərdi Reabilitasiya Proqramına əsasən |
|
||
|
2.3.1.2. |
uşağın depressiya vəziyyətindən çıxarılması, onun yaradıcılıq, intellektual və fiziki imkanlarına, eləcə də yaş xüsusiyyətlərinə uyğun olaraq psixoloji yardımın göstərilməsi |
Fərdi Reabilitasiya Proqramına əsasən |
|
||
|
2.3.1.3. |
uşağın emosional vəziyyətinə və davranışına nəzarət edilməsi |
Fərdi Reabilitasiya Proqramına əsasən |
|
||
|
2.3.2. Sosial-pedaqoji xidmətlər |
|||||
|
2.3.2.1. |
pedaqoji korreksiya üçün kompleks tədbirləri təşkil etmək məqsədi ilə uşağın normal və ya ictimai təhlükəli davranışını xarakterizə edən əlamətlərin öyrənilməsi, onun potensialının və meyillərinin, cəmiyyətdən təcrid olunmasının (əgər belə hal varsa) forma və dərəcəsinin müəyyən edilməsi |
Fərdi Reabilitasiya Proqramına əsasən |
|
||
|
2.3.2.2. |
uşağın dünyagörüşünün genişləndirilməsi, ünsiyyət qabiliyyətinin artırılması, yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsi məqsədilə qrup və fərdi fəaliyyətin təşkil edilməsi[8] |
Fərdi Reabilitasiya Proqramına əsasən |
|
||
|
2.3.2.3. |
fiziki və əqli qabiliyyətlərinə uyğun olaraq uşaqların təhsil almasına və müxtəlif peşələrə yiyələnməsinə köməklik göstərilməsi |
Fərdi Reabilitasiya Proqramına əsasən |
|
||
|
2.3.2.4. |
uşağın əmək, özünəqulluq, məişətdə və ictimai yerlərdə davranış, özünənəzarət və həyat fəaliyyətinin digər sahələrində bacarıqlarının artırılması |
Fərdi Reabilitasiya Proqramına əsasən |
|
||
|
2.3.3. Sosial-hüquqi xidmətlər |
|||||
|
2.3.3.1. |
uşağın hüquqlarının müdafiə edilməsi, ona qarşı hüquq pozuntusu törətmiş şəxslərin müəyyən olunması üçün peşəkar yardımın göstərilməsi |
xidmət müddətində |
|
||
|
2.3.3.2. |
sənədlərin (doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi, işlə təmin olunması üçün lazım olan sənədlər və s.) əldə edilməsinə köməklik göstərilməsi |
xidmət müddəti ərzində |
|
||
|
2.3.4. Sosial-mədəni xidmətlər[9] |
|||||
|
2.3.4.1. |
uşağın asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi, onun potensialına və maraqlarına uyğun olaraq təşkil olunan tədbirlərə cəlb olunması və digər mədəni-kütləvi tədbirlərdə iştirakının təmin edilməsi |
xidmət müddətində |
|
||
|
2.4. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün |
|||||
|
2.4.1. Sosial-psixoloji xidmətlər |
|
|
|||
|
2.4.1.1. |
uşağın intellektual səviyyəsinin və psixososial vəziyyətinin ilkin qiymətləndirilməsi |
Fərdi Reabilitasiya Proqramına əsasən |
|
||
|
2.4.1.2. |
uşağın çətin həyat şəraitində olması, uğursuz ailədən olması və ya valideynlərini itirməsi, valideyn himayəsindən məhrum olması səbəbindən yaranmış psixoloji sarsıntının aradan qaldırılması üçün aktiv həyata motivasiyanın yaradılması, psixoloji inkişafın yaş xüsusiyyətlərinə uyğunluğunun təmin edilməsi istiqamətlərində tədbirlərin həyata keçirilməsi |
Fərdi Reabilitasiya Proqramına əsasən |
|
||
|
2.4.1.3. |
uğurlu nəticənin əldə edilməsi məqsədi ilə valideynlərlə və ya digər qanuni nümayəndələrlə psixoloji konsultasiya işinin aparılması[10] |
Fərdi Reabilitasiya Proqramına əsasən |
|
||
|
2.4.2. Sosial-pedaqoji xidmətlər |
|||||
|
2.4.2.1. |
uşağın mövcud potensialına və maraqlarına uyğun olaraq fiziki və əqli qabiliyyətinin inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi |
Fərdi Reabilitasiya Proqramına əsasən |
|
||
|
|
|
|
|
||
|
2.4.2.3. |
uşağın dünyagörüşünün genişləndirilməsi, ünsiyyət qabiliyyətinin artırılması, yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsi məqsədilə qrup və fərdi fəaliyyətin təşkil edilməsi[12] |
Fərdi Reabilitasiya Proqramına əsasən |
|
||
|
2.4.2.4. |
uşağı müxtəlif peşələr və onların xüsusiyyətləri haqqında məlumatlandırmaqla, onun peşə meyillərinin aşkar edilməsi |
Fərdi Reabilitasiya Proqramına əsasən |
|
||
|
2.4.2.5. |
uşağın əmək, özünəqulluq, məişətdə və ictimai yerlərdə davranış, özünənəzarət, ünsiyyət və həyat fəaliyyətinin digər sahələrində bacarıqlarının artırılması |
Fərdi Reabilitasiya Proqramına əsasən |
|
||
|
2.4.3. Sosial-mədəni xidmətlər[13] |
|||||
|
2.4.3.1. |
uşağın dərsdən sonrakı asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi, onun potensialına və maraqlarına uyğun olaraq təşkil olunan tədbirlərə cəlb olunması və digər mədəni-kütləvi tədbirlərdə iştirakının təmin edilməsi |
xidmət müddətində |
|
||
|
2.5. İnsan alveri qurbanları üçün |
|||||
|
2.5.1. Sosial-psixoloji xidmətlər |
|||||
|
2.5.1.1. |
insan alveri qurbanlarının ehtiyaclarının, psixoloji və emosional vəziyyətinin ilkin qiymətləndirilməsi |
Fərdi Reabilitasiya Proqramına əsasən |
|
||
|
2.5.1.2. |
insan alveri qurbanlarının zorakılıq, narkomaniya və digər amillərlə bağlı psixoloji zədələrini aradan qaldırmaq üçün psixososial dəstək və məsləhət yardımının göstərilməsi |
Fərdi Reabilitasiya Proqramına əsasən |
|
||
|
2.5.2. Sosial-iqtisadi xidmətlər |
|||||
|
2.5.2.1. |
insan alveri qurbanlarının peşə hazırlığının, yenidən hazırlığının və məşğulluğunun təmin edilməsinə köməklik göstərilməsi |
Fərdi Reabilitasiya Proqramına əsasən |
|
||
|
2.5.3. Sosial-hüquqi xidmətlər |
|||||
|
2.5.3.1. |
insan alveri qurbanlarına maraq və hüquqlarının müdafiəsi üçün hüquqi məsləhətlərin verilməsi |
Fərdi Reabilitasiya Proqramına əsasən |
|
||
|
2.5.3.2. |
sənədlərin bərpası, boşanma, alimentin alınması, uşaqlarla bağlı və digər sənədlərin hazırlanmasına köməklik göstərilməsi |
Fərdi Reabilitasiya Proqramına əsasən |
|
||
|
2.5.4. Sosial-mədəni xidmətlər[14] |
|||||
|
2.5.4.1. |
insan alveri qurbanlarının asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi, onların potensialına və maraqlarına uyğun olaraq təşkil olunan tədbirlərə cəlb olunması və digər mədəni-kütləvi tədbirlərdə iştirakının təmin edilməsi |
xidmət müddətində |
|
||
|
2.6. Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün[15] |
|||||
|
2.6.1. Sosial-psixoloji xidmətlər |
|||||
|
2.6.1.1. |
"qaynar xətt" vasitəsilə söhbət, fərdi məsləhətləşmələrin aparılması |
xidmət müddətində |
|
||
|
2.6.1.2. |
zərərçəkmiş şəxsin psixoloji və emosional vəziyyətinin ilkin qiymətləndirilməsi |
Fərdi Reabilitasiya Proqramına əsasən |
|
||
|
2.6.1.3. |
şəxsiyyətin dəstəklənməsi və məlumatlandırılması istiqamətlərində fərdi işin aparılması |
Fərdi Reabilitasiya Proqramına əsasən |
|
||
|
2.6.1.4. |
qrup şəklində reabilitasiya: art-terapiya, müxtəlif treninqlər, ailə ilə görüş |
Fərdi Reabilitasiya Proqramına əsasən |
|
||
|
2.6.2. Sosial-iqtisadi xidmətlər |
|||||
|
2.6.2.1. |
zərərçəkmiş şəxslərin peşə hazırlığı kurslarına istiqamətləndirilməsi və onların məşğulluğunun təmin edilməsinə köməklik göstərilməsi |
Fərdi Reabilitasiya Proqramına əsasən |
|
||
|
2.6.2.2. |
zərərçəkmiş şəxslərə qanunvericiliklə müəyyən edilmiş sosial müavinətlərin alınmasında kömək göstərilməsi |
Fərdi Reabilitasiya Proqramına əsasən |
|
||
|
2.6.3. Sosial-hüquqi xidmətlər |
|||||
|
2.6.3.1. |
sənədlərin əldə edilməsinə kömək göstərilməsi, şifahi və ya yazılı hüquqi məsləhətlərin verilməsi, ərizələrin, şikayətlərin və hüquqi xarakterli sənədlərin tərtib edilməsi[16] |
Fərdi Reabilitasiya Proqramına əsasən |
|
||
|
2.7. Müəyyən yaşayış yeri olmayan şəxslər üçün |
|||||
|
2.7.1. Sosial-məişət xidmətləri |
|||||
|
2.7.1.1. |
diyetik yeməklər də daxil olmaqla, isti yeməklərlə təmin edilməsi |
xidmət müddətində |
|
||
|
2.7.1.2. |
müvafiq yataq mebeli, yataq dəsti, paltar və ayaqqabı ilə təmin edilməsi |
xidmət müddətində |
|
||
|
2.7.1.3. |
yataq və geyim əşyalarının yuyulması, ütülənməsi |
xidmət müddətində |
|
||
|
2.7.2. Tibbi-sosial xidmətlər |
|||||
|
2.7.2.1. |
tibbi müayinənin aparılması |
xidmət müddətində |
|
||
|
2.7.2.2. |
ilkin tibbi yardımın göstərilməsi |
xidmət müddətində |
|
||
|
2.7.2.3. |
şəxsi gigiyena və sanitariya qaydalarına əməl edilməsi şərtlərinin təmin edilməsi |
xidmət müddətində |
|
||
|
2.8. İctimai təhlükəli xəstəliyə tutulduğuna görə həyat fəaliyyəti məhdudlaşan şəxslər üçün |
|||||
|
2.8.1. Sosial-psixoloji xidmətlər |
|||||
|
2.8.1.1. |
şəxsin psixoloji və emosional vəziyyətinin ilkin qiymətləndirilməsi |
Fərdi Reabilitasiya Proqramına əsasən |
|
||
|
2.8.1.2. |
psixoloji zədələrin aradan qaldırılması məqsədi ilə psixososial dəstəyin göstərilməsi |
Fərdi Reabilitasiya Proqramına əsasən |
|
||
|
2.8.2. Tibbi-sosial xidmətlər |
|||||
|
2.8.2.1. |
xəstəliyin mərhələsindən asılı olaraq tibbi müayinələrin aparılması |
xidmət müddətində |
|
||
|
2.8.3. Palliativ xidmətlər |
|||||
|
2.8.3.1. |
palliativ yardıma ehtiyacı olan xəstələrin ilkin müayinəsi |
Fərdi Reabilitasiya Proqramına əsasən |
|
||
|
2.8.3.2. |
xəstəliyin ağırlıq dərəcəsindən və yaranmış fəsadlardan asılı olaraq, müvafiq mütəxəssislərin konsultasiyasının təşkil edilməsi |
xidmət müddətində |
|
||
|
2.9. Sosial yadırğama (dezadaptasiya) və sosial məhrumiyyət (deprivasiya) vəziyyətində olan şəxslər üçün |
|||||
|
2.9.1. Sosial-psixoloji xidmətlər |
|||||
|
2.9.1.1. |
şəxsin psixososial vəziyyətinin ilkin qiymətləndirilməsi |
Fərdi Reabilitasiya Proqramına əsasən |
|
||
|
2.9.1.2. |
şəxsin psixoloji və emosional vəziyyətinə nəzarət edilməsi |
Fərdi Reabilitasiya Proqramına əsasən |
|
||
|
2.9.1.3. |
şəxsin sosial bacarıqlarının inkişafına nail olmaq məqsədi ilə sosial-psixoloji məsləhətlərin verilməsi[17] |
Fərdi Reabilitasiya Proqramına əsasən |
|
||
|
2.9.2. Sosial-hüquqi xidmətlər |
|||||
|
2.9.2.1. |
sosial yadırğama (dezadaptasiya) və sosial məhrumiyyət (deprivasiya) vəziyyətində olan şəxslərə maraq və hüquqlarının müdafiəsi üçün hüquqi məsləhətlərin verilməsi |
Fərdi Reabilitasiya Proqramına əsasən |
|
||
|
2.9.2.2. |
sənədlərin bərpası, əmlak məsələləri ilə bağlı və digər sənədlərin hazırlanmasında köməklik göstərilməsi |
Fərdi Reabilitasiya Proqramına əsasən |
|
||
|
2.9.3. Sosial-mədəni xidmətlər[18] |
|||||
|
2.9.3.1. |
sosial yadırğama (dezadaptasiya) və sosial məhrumiyyət (deprivasiya) vəziyyətində olan şəxslərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi, onların maraqlarına uyğun olaraq təşkil olunan tədbirlərə cəlb olunması və digər mədəni-kütləvi tədbirlərdə iştirakının təmin edilməsi |
xidmət müddətində |
|
||
|
3. Stasionar sosial xidmət |
|||||
|
3.1. Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslər (ailələr) üçün |
|||||
|
3.1.1. Sosial-məişət xidmətləri |
|||||
|
3.1.1.1. |
diyetik yeməklər də daxil olmaqla, isti yeməklərlə təmin edilməsi |
xidmət müddətində |
|
||
|
3.1.1.2. |
yaşayış sahəsinin təmizlənməsi |
xidmət müddətində |
|
||
|
|
|
|
|
||
|
3.1.1.4. |
geyim, ayaqqabı və yumşaq inventarlarla təmin edilməsi[20] |
xidmət müddətində |
|
||
|
3.1.2. Tibbi-sosial xidmətlər |
|||||
|
3.1.2.1. |
ilkin tibbi yardımın göstərilməsi və dərman preparatlarının verilməsi |
xidmət müddətində |
|
||
|
3.1.2.2. |
sanitariya-gigiyena tələblərinin yerinə yetirilməsinin təmin edilməsi |
xidmət müddətində |
|
||
|
3.1.2.3. |
tibbi-sosial ekspertizanın keçirilməsinin təşkil edilməsi |
xidmət müddətində |
|
||
|
3.1.3. Sosial-iqtisadi xidmətlər |
|||||
|
3.1.3.1. |
peşə-əmək reabilitasiyasının həyata keçirilməsi[21] |
Fərdi Reabilitasiya Proqramına əsasən |
|
||
|
3.1.4. Sosial-hüquqi xidmətlər |
|||||
|
3.1.4.1. |
hüquqi-məsləhət yardımları |
Fərdi Reabilitasiya Proqramına əsasən |
|
||
|
3.1.5. Sosial-mədəni xidmətlər[22] |
|||||
|
3.1.5.1. |
xidmətə götürülmüş şəxslərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi, onların maraqlarına uyğun olaraq təşkil olunan tədbirlərə cəlb olunması və digər mədəni-kütləvi tədbirlərdə iştirakının təmin edilməsi |
xidmət müddətində |
|
||
|
3.2. Əlilliyi olan uşaqlar üçün |
|||||
|
3.2.1. Sosial-məişət xidmətləri |
|||||
|
3.2.1.1. |
diyetik yeməklər də daxil olmaqla, isti yeməklərlə təmin edilməsi |
xidmət müddətində |
|
||
|
3.2.1.2. |
yaşayış sahəsinin təmizlənməsi |
xidmət müddətində |
|
||
|
3.2.1.3. |
geyim, ayaqqabı və yumşaq inventarlarla təmin edilməsi |
xidmət müddətində |
|
||
|
3.2.2. Sosial-psixoloji xidmətlər |
|||||
|
3.2.2.1. |
uşaqların ehtiyaclarının, psixoloji və emosional vəziyyətinin ilkin qiymətləndirilməsi |
Fərdi Reabilitasiya Proqramına əsasən |
|
||
|
3.2.2.2. |
yaradıcılıq, intellektual və fiziki imkanlarına, eləcə də yaş xüsusiyyətlərinə uyğun olaraq psixoloji yardımın göstərilməsi |
Fərdi Reabilitasiya Proqramına əsasən |
|
||
|
3.2.3. Sosial-pedaqoji xidmətlər |
|||||
|
3.2.3.1. |
uşaqların gündəlik həyatda lazım olan vərdiş və bacarıqlarının, böyük və kiçik motorika, ünsiyyət və koqnitiv bacarıqlarının inkişaf etdirilməsi |
Fərdi Reabilitasiya Proqramına əsasən |
|
||
|
3.2.3.2. |
uşaqların sağlamlıq və əqli imkanlarına uyğun olaraq, ilkin biliklərə yiyələnməsinə, təhsil almasına və ya peşəyə yiyələnməsinə köməklik göstərilməsi |
Fərdi Reabilitasiya Proqramına əsasən |
|
||
|
3.2.4. Tibbi-sosial xidmətlər |
|||||
|
3.2.4.1. |
tibbi reabilitasiya tədbirlərinin yerinə yetirilməsi[23] |
Fərdi Reabilitasiya Proqramına əsasən |
|
||
|
3.2.4.2. |
ilkin tibbi yardımın göstərilməsi və dərman preparatlarının verilməsi |
xidmət müddətində |
|
||
|
3.2.5. Sosial-mədəni xidmətlər[24] |
|||||
|
3.2.5.1. |
uşağın asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi, onun potensialına və maraqlarına uyğun olaraq təşkil olunan tədbirlərə cəlb olunması və digər mədəni-kütləvi tədbirlərdə iştirakının təmin edilməsi |
xidmət müddətində |
|
||
|
3.3. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün |
|||||
|
3.3.1. Sosial-məişət xidmətləri |
|||||
|
3.3.1.1. |
diyetik yeməklər də daxil olmaqla, isti yeməklərlə təmin edilməsi |
xidmət müddətində |
|
||
|
3.3.1.2. |
yaşayış sahəsinin təmizlənməsi |
xidmət müddətində |
|
||
|
3.3.1.3. |
geyim, ayaqqabı və yumşaq inventarlarla təmin edilməsi |
xidmət müddətində |
|
||
|
3.3.2. Sosial-psixoloji xidmətlər |
|||||
|
3.3.2.1. |
uşağın intellektual səviyyəsinin və psixososial vəziyyətinin ilkin qiymətləndirilməsi |
Fərdi Reabilitasiya Proqramına əsasən |
|
||
|
3.3.2.2. |
yaradıcılıq, intellektual və fiziki imkanlarına, eləcə də yaş xüsusiyyətlərinə uyğun olaraq psixoloji yardımın göstərilməsi |
Fərdi Reabilitasiya Proqramına əsasən |
|
||
|
3.3.3. Sosial-pedaqoji xidmətlər |
|||||
|
3.3.3.1. |
bu məqsədlə yaradılmış stasionar müəssisədə uşağın mövcud potensialına və maraqlarına uyğun olaraq fiziki və əqli qabiliyyətinin inkişafına, həmçinin ilkin biliklərə yiyələnməsinə, təhsil almasına köməklik göstərilməsi |
Fərdi Reabilitasiya Proqramına əsasən |
|
||
|
|
|
|
|
||
|
3.3.3.3. |
uşağın dünyagörüşünün genişləndirilməsi, ünsiyyət qabiliyyətinin artırılması, yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsi məqsədilə qrup və fərdi fəaliyyətin təşkil edilməsi[26] |
Fərdi Reabilitasiya Proqramına əsasən |
|
||
|
3.3.3.4. |
uşağı müxtəlif peşələr və onların xüsusiyyətləri haqqında məlumatlandırmaqla, onun peşə meyillərinin aşkar edilməsi |
Fərdi Reabilitasiya Proqramına əsasən |
|
||
|
3.3.3.5. |
uşağın əmək, özünəqulluq, məişətdə və ictimai yerlərdə davranış, özünənəzarət, ünsiyyət və həyat fəaliyyətinin digər sahələrində bacarıqlarının artırılması |
Fərdi Reabilitasiya Proqramına əsasən |
|
||
|
3.3.4. Tibbi-sosial xidmətlər |
|||||
|
3.3.4.1. |
ilkin tibbi yardımın göstərilməsi və dərman preparatlarının verilməsi |
xidmət müddətində |
|
||
|
3.3.5. Sosial-mədəni xidmətlər[27] |
|||||
|
3.3.5.1. |
uşağın dərsdən sonrakı asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi, onun potensialına və maraqlarına uyğun olaraq təşkil olunan tədbirlərə cəlb olunması və digər mədəni-kütləvi tədbirlərdə iştirakının təmin edilməsi |
xidmət müddətində |
|
||
|
4. Sosial məsləhət yardımı |
|||||
|
4.1. Çətin həyat şəraitində olan şəxslər (ailələr) üçün |
|||||
|
4.1.1. |
qohumlarından və ya qanuni nümayəndələrindən ayrı yaşayan və sosial-məsləhət yardımına ehtiyacı olan şəxslərin (ailələrin) müəyyənləşdirilməsi |
mütəmadi |
|
||
|
4.1.2. |
sosial xidmət üzrə məsləhətlərin verilməsi |
mütəmadi |
|
||
Eyni yaşayış sahəsində yaşayan ər-arvada, valideyn-övlada və bacı-qardaşa bir sosial xidmətçi tərəfindən sosial məişət xidməti göstərilir.
Evdə reabilitasiya xidmətləri göstərilməsi üçün əlilliyi olan şəxslər ayrıca qeydə alınırlar.
İctimai təhlükəli xəstəliyə tutulmasına görə həyat fəaliyyəti məhdudlaşan şəxslərə evdə (səyyar) sosial xidmət göstərilmir.
Aşağıdakı hallarda evdə (səyyar) sosial xidmət göstərilməsi dayandırılır:
1. sosial xidmətə ehtiyacı olan şəxs əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə Bakı şəhəri üzrə eyni inzibati ərazi vahidində, digər şəhər və rayonlar üzrə eyni inzibati ərazi dairəsində yaşamağa başladıqda;
2. tənha ahıllar, əlilliyi olan şəxslər dövlət sosial xidmət müəssisələrinə yerləşdirildikdə;
3. əlilliyi olan şəxslərin reabilitasiyası başa çatdıqda;
4. sosial xidmətə ehtiyacı olan şəxs vəfat etdikdə.
5. dövlət büdcəsinin vəsaiti hesabına zəmanət verilmiş həcmdə ödənişsiz evdə (səyyar) sosial xidmətin, habelə qismən ödənişli və tam ödənişli sosial xidmətin göstərilməsi ilə əlaqədar sosial xidmət müqaviləsində nəzərdə tutulan hallarda.
Əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə Bakı şəhəri üzrə eyni inzibati ərazi vahidində, digər şəhər və rayonlar üzrə eyni inzibati ərazi dairəsində və sosial xidmətə ehtiyacı olan tənha ahıllar, ahıl ər-arvadlar, əlilliyi olan şəxslər, xəstəliyin terminal (son) mərhələsində olan şəxslər evdə (səyyar) sosial xidmət göstərilməsi üçün yaşayış yeri üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumlarına, “DOST” mərkəzlərinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə ərizə ilə, eləcə də Nazirliyin 142 Çağrı Mərkəzinə zəng edərək müraciət edirlər.
Sosial xidmət göstərilməsi üçün ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri və ya şəxsin (ailənin) maraqları çərçivəsində şəxsin valideynləri, digər qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə həmin şəxsin razılığı ilə digər şəxslər sosial xidmət göstərilməsi üçün Quruma, Mərkəzə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə müraciət edə bilər.