Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.
Bundan əvvəl - aprelin 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, aprelin 22-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin aprel ayının pensiya ödənişləri həyata keçirilib.
Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.