Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Bakı Reabilitasiya Mərkəzində “Açıq qapı” günü təşkil olunub.
Tədbirdə QHT nümayəndələri, təhsil, səhiyyə işçiləri, şəhər sakinləri iştirak ediblər.
Qonaqlar Mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olub, əlilliyi olan şəxslərə göstərilən tibbi, sosial-psixoloji reabilitasiya xidmətləri barədə ətraflı məlumat əldə ediblər.
Görüşdə reabilitasiya sahəsində görülən işlərə dair fikir mübadiləsi aparılıb, vətəndaş cəmiyyəti nümayəndələrinin fikir, rəy və təklifləri dinlənilib.