Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib.
Media nümayəndələri müəssisədə yaradılan şəraitlə, burada yaşayan uşaqlara göstərilən xidmətlərlə yaxından tanış olublar.
Bildirilib ki, müəssisə 5-18 yaşlı əlilliyi olan uşaqlara stasionar və yarımstasionar sosial xidmətlər göstərir. Onlar burada sosial-məişət, sosial-pedaqoji, tibbi-sosial, sosial-psixoloji, sosial-hüquqi və sosial-mədəni xidmətlərə cəlb edilirlər.
Eləcə də uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində iş aparılır.
Müəssisədə 173 uşağa xidmət göstərilir.
Qeyd edək ki, hazırda Agentlik tərəfindən ümumilikdə 1000-dən çox uşaq stasionar və yarımstasionar formada müxtəlif xidmətlərlə təmin edilir. Onlardan 495 nəfəri əlilliyi olan uşaqlardır.