Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin aktiv məşğulluq tədbirlərinin bir istiqaməti də işaxtaran və işsiz şəxslərin müasir əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnməsini təmin etməkdir.
Bu məqsədlə qurumun Bakı, Gəncə, Göyçay və Qarabağ Peşə Hazırlığı mərkəzlərində, eləcə də digər tərəfdaş təhsil müəssisələrində müxtəlif istiqamətlər üzrə peşə hazırlığı kursları təşkil edilir.
Kurslara cəlb olunan şəxslərə tədris müddətində təqaüd ödənilir və təlimləri uğurla başa vuran şəxslərin yeni yiyələndikləri peşələr üzrə işlə təminatına dəstək göstərilir.
1 iyun saat 11:30-da DOST TV-də canlı yayımlanacaq “Sosial saat”ın növbəti buraxılışında da məhz peşə hazırlığı mövzusundan bəhs olunacaq. Agentliyin Peşə hazırlığı departamentinin müdiri Namiq Məmmədov mövzu ilə bağlı ətraflı məlumat verəcək, habelə izləyiciləri maraqlandıran sualları cavablandıracaq.
Kanala keçid linki:
https://www.youtube.com/@dostmediatv